Nöqtələr
Ayədə bildirilir ki, günahkarlar öz peşimançılıqlarını gizləyərlər. Hansı ki, başqa ayələrdə bu peşimançılığın aşkarlandığı bildirilir. Bəli, Qiyamətin dayanacaqları fərqlidir və ayrı-ayrı dayanacaqlarda müxtəlif hallar müşahidə olunur.
Amma “Mufrədati-rağib” mənbəsində bildirilir ki, “vəəsərrun-nədamətə” ifadəsi peşimançılığın həm izharı, həm də gizlədilməsi mənasında işlənə bilər. Amma İmam Sadiqdən (ə) nəql edilmiş rəvayətdən aydın olur ki, nəzərdə peşimançılığın gizlədilməsi tutulmuşdur. İmam Sadiq (ə) bu peşimançılığın səbəbi barəsində buyurur: “Onlar başqalarının qınağına gəlməmək istəyər.”1
Dostları ilə paylaş: |