Bildirişlər
1. Təkəbbürlü başçılar gecə-gündüz fəaliyyətdədir.
2. Küfr başçıları məkr, hiylə əsasında göstəriş verir.
3. Cəmiyyətdəki düşüncə və mədəniyyət azğınlıqları təkəbbürlü düşmənlərin ardıcıl fəaliyyətinin nəticəsidir.
4. Təkəbbürlülər tabeçiliklərində olanlara əmr edib, qadağa qoyub. Uyğun münasibətlərdə nəsihət və dəvətdən danışmağa dəyməz.
5. Qiyamət peşimançılığının faydası yoxdur.
6. Allahın əzabları kafirlərin əməllərinə uyğundur.
Ayə 34:
﴿وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ﴾
“Hansı məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, oranın rifah içində yaşayanları dedilər: “Şübhsiz, biz sizinlə göndərilənləri inkar edirik.”
Ayə 35:
﴿وَقَالُوا نَحْنُ أَكْثَرُ أَمْوَالًا وَأَوْلَادًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ﴾
“Dedilər: “Biz var-dövlət, övlad baxımından üstünük və bizə əzab verilməz.”
Dostları ilə paylaş: |