Bildirişlər
1. İslam Peyğəmbəri (s) ilə müxalifət yeni bir hadisə deyildi. Başqa peyğəmbərlərə qarşı da müxalifət vardı. (Allah öz peyğəmbərinə təsəlli verir.)
2. Rifah içində yaşayanlar müxaliflərin ilk cərgəsində dayanırdı.
3. Rifah istəyi insanı biganə və qəlbidaş edir, təkəbbürə sürükləyir.
4. Peyğəmbərlərə qarşı müxalifət onların özünə yox, gətirdikləri vəhyə qarşı müxalifət idi.
5. Peyğəmbərlərin fəaliyyəti sərmayədarların mənafeyi üçün təhlükə yaradır.
6. Kafirlər dünya rifahını axirətdən ehtiyacsızlıq səbəbi sayırdılar.
7. Sərmayədarlar öz var-dövləti və övladları ilə qürrələnir.
8. Sərvət sahibləri özlərini hamıdan yuxarı tutur.
Ayə 36:
﴿قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ﴾
“De ki, həqiqətən, mənim Rəbbim istədiyinin ruzisini artırar, ya da azaldar. Amma insanların çoxu bilmir.”
Dostları ilə paylaş: |