Bildirişlər
1. Düşmənlərin yanlış təbliğat və düşüncələrinə cavab verin. 35-ci ayədə kafirlər deyirdilər: “Var-dövlət və övladlarımıza görə bizə əzab verilməz.” Bu ayədə cavab verilir ki, var-dövlət və övladlar əzabın qarşısını almır.
2. Allaha yaxınlıq bəşəriyyət üçün əbədi bir məqsəddir. Amma bəzən insan bu məqama çatmaq üçün yanlış vasitələrə əl atır. Məsələn, bütpərəstlik!2
3. Var-dövlət, övladlar və digər imkanlar kamillik göstəricisi deyil. Bütün bunlardan düzgün istifadə kamaldır. (Bəli, var-dövlət və övladlar iman və saleh əməl istiqamətinə yönələrsə, yaxınlıq vasitəsi olar.)
4. İkiqat mükafat nəzərdə tutulsa da, səbəb yalnız əməldir.
5. Məskən seçərkən əmin-amanlıqdan başqa xüsusiyyətləri də nəzərə alın: eyvan, yuxarı mərtəbə, gözəl mənzərə, daha çox işıq, təmiz hava...
6. Behiştdə heç bir xəstəlik, qorxu, qəm-qüssə yoxdur.
Ayə 38:
﴿وَالَّذِينَ يَسْعَوْنَ فِي آيَاتِنَا مُعَاجِزِينَ أُوْلَئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ﴾
“Bizi aciz qoymaq üçün çalışanlar ilahi əzaba uğradılar.”
Dostları ilə paylaş: |