Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə457/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   453   454   455   456   457   458   459   460   ...   572

Bildirişlər


1. Öz sərvətini haqqa qarşı yönəldən sərmayədarlar cəzalandırılacaq.

2. Düşmən haqqı aradan qaldırmaq üçün daim təlaşdadır.


Ayə 39:


﴿قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ وَمَا أَنفَقْتُم مِّن شَيْءٍ فَهُوَ يُخْلِفُهُ وَهُوَ خَيْرُ الرَّازِقِينَ﴾

De ki, şübhəsiz, Rəbbim bəndələrindən istədiyinin ruzisini artırar, ya da azaldar. İnfaq etdiyinizin əvəzini verər. O ən üstün ruzi verəndir.”



Nöqtələr


Bir şəxs İmam Sadiqdən (ə) soruşdu: “Əgər Allah verilən infaqın əvəzini ödəyirsə, nə üçün mənim verdiyim infaqın yeri boş qalır? İmam (ə) buyurdu: “Əgər halal maldan halal yolda infaq edilsə hökmən əvəzi ödənər.”1 Bundan əlavə, infaqın əvəzi axirətdə də ödənə bilər. Bəzən infaq müqabilində bəl aradan qaldırılır, növbəti nəsilə əvəz ödənir, ya da qeyri-maddi nemət əta olunur.

“Yəqdir” dedikdə həm ölçü götürmək, həm də tələbkarlıq mənaları anlaşılır.2 Amma ayədəki “yəbsut” sözü ilə bağlı ikinci məna nəzərdə tutulmuşdur.

36-cı ayədə də ruzinin artırılması və ya əskildilməsi məsələsinə toxunulmuşdur. Amma həmin ayədə kafirlərə, hazırkı ayədə isə möminlərə müraciət olunur.

Sərmayəsi üçün təhlükə yaranmış, malını ucuz və ya nisyə vermək fikirində olan tacir yaxşı bir müştərini əldən çıxararsa ağılsızdır. İnsan ömrü də əldən çıxmaqda olan bir sərmayə kimidir. Onu ən baha qiymətə alan Allahdır və bu müamilədən imtina etmək ağılsızlıqdır.

Girami Peyğəmbər (s) buyurur: “Hər gecə nida çəkilir ki, (Pərvərdigara, infaq edənə mükafat ver, xəsisin sərvətini puça çıxar.”3

Allah ən üstün ruzi verəndir. Çünki hər şey Onun əlindədir, xəsislik ondan uzaqdır. Hamıya bağışlayır, təmənnasız verir, daim bağışlayır, ehtiyaclardan xəbərdardır, Onun verdikləri başqalarının imkanlarının fövqündədir.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   453   454   455   456   457   458   459   460   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin