Bildirişlər
1. Qiyamət günü yolunu azmış abidlər və puç məbudlar bir araya gətirilər.
2. Tarixin bəzi dönəmlərində mələklərə pərəstiş olunub. Olsun ki, bəzi bütlər mələklərin timsalı imiş.
3. Allah Qiyamət günü müşrikləri cəzalandırmaqla yanaşı məbudlardan soruşar: “İnsanları şirkə çağıran siz idinizmi?” Bu sorğuda məqsəd şirkin həmin məbudlar tərəfindən də məhkum edilməsidir. İsaya (ə) deyilər: “Özünü və ananı məbud götürməyi sənmi insanlara dedin?”1
Ayə 41:
﴿قَالُوا سُبْحَانَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِم بَلْ كَانُوا يَعْبُدُونَ الْجِنَّ أَكْثَرُهُم بِهِم مُّؤْمِنُونَ﴾
“Mələklər deyər: Pərvərdigara! Sən paksan. Sənsən bizim ixtiyar sahibimiz, onlar yox! Onlar cinlərə pərəstiş edirdilər və çoxları onlara iman gətirmişdi.”
Dostları ilə paylaş: |