Bildirişlər
1. Qiyamətdə hökm və mülk yalnız Allaha məxsusdur. (Yalançı məbudların, cinlərin, mələklərin və başqalarının heç bir iqtidarı yoxdur. Nə məbud abid üçün bir iş görə bilir, nə də abid məbud üçün!)
2. Allahdan qeyrilərinin sorağınca getmək insanın özünə zülmüdür.
3. Daimi və qərəzli təkzib Allahın böyük qəzəbi ilə sonuclanır.
Ayə 43:
﴿وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالُوا مَا هَذَا إِلَّا رَجُلٌ يُرِيدُ أَن يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُكُمْ وَقَالُوا مَا هَذَا إِلَّا إِفْكٌ مُّفْتَرًى وَقَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءهُمْ إِنْ هَذَا إِلَّا سِحْرٌ مُّبِينٌ﴾
“Aşkar ayələrimiz onlara oxunan vaxt deyərlər: “Bu şəxs sizi ylnız ata-babalarınızın pərəstiş etdiyindən uzaqlaşdırmaq istəyir.” Deyərlər ki, Quran toxunmuş yalandan başqa bir şey deyil. Haqq küfrə uğrayanların sorağına gələn vaxt dedilər: “Bu aşkar sehr-cadudan başqa bir şey deyil”.
Dostları ilə paylaş: |