Nöqtələr
Ayə belə anlaşıla bilər: Biz Məkkə müşriklərinə kitab və peyğəmbər göndərməmişdik ki, haqqı-batildən seçə bilələr. Onların təkzibi cəhalət və inadkarlıqlarından qaynaqlanır, onlar azğın nəfslərinə və ata-babalarının yoluna tabe olurlar.
Bildirişlər
1. İnsan elm və vəhy əsasında nəyisə təsdiqləyib, nəyisə inkar edə bilər. Elm və vəhyə əsaslanmayan rəftarlar azğın nəfs istəyindən başqa şey deyil.
2. Səmavi kitablar təlim-tərbiyə üçündür.
Ayə 45:
﴿وَكَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ وَمَا بَلَغُوا مِعْشَارَ مَا آتَيْنَاهُمْ فَكَذَّبُوا رُسُلِي فَكَيْفَ كَانَ نَكِيرِ﴾
“Onlardan əvvəlkilər də (peyğəmbərləri) təkzib etdilər. Hansı ki, (sənin qövmünün kafirləri) keçmişdəkilərə verilən imkanlardan onda birinə çatmamışdılar. Onlar mənim peyğəmbərlərimi təkzib etdilər. Gör mən (onları) necə inkar etdim!”
Dostları ilə paylaş: |