Nöqtələr
Başqa surələrdə də oxşar ayələrlə rastlaşırıq. “Ğafir” surəsinin 21-ci ayəsində bildirilir ki, daha böyük qüdrəti olan keçmişdəkilərin aqibətini görsünlər deyə yer üzündə gəzmədilərmi? “Rum” surəsinin 9-cu ayəsində oxuyuruq: “Keçmişdəkilərin abadlıq gücü daha çox idi. Amma peyğəmbərləri təkzib etdikləri üçün məhv oldular. “Bəli, mədəniyyətlər, güclər, sərvətlər, hadisələr daimi inkişaf xəttində deyil. Bəzən keçmişdəkilərin imkan və gücü daha çox ola bilər.
Bildirişlər
1.Tarixdən xəbərdarlıq insanı problemlər qarşısında dözümlü edir.
2. Bəzən düşməni alçaltmaq lazım gəlir.
3. Kafirlər öz güc və sərvətlərinə güvənərək haqqı inkar edirdilər. Allah buyurur ki, sizin sərvətiniz əvvəlkilərin sərvətinin onda biri deyil.
4. Peyğəmbərlərin təkzibinə görə böyük cəmiyyətlər və mədəniyyətlər məhv olmuşdur. (Məkkə müşriklərindən qorxmağa dəyməz.)
5. İlahi sünnələr bütün qövmlərə tətbiq olunur.
6. Təlim-tərbiyədə bəzən hədə -qorxu da bir vasitə olur.
Ayə 46:
﴿قُلْ إِنَّمَا أَعِظُكُم بِوَاحِدَةٍ أَن تَقُومُوا لِلَّهِ مَثْنَى وَفُرَادَى ثُمَّ تَتَفَكَّرُوا مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَّكُم بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ﴾
“De ki, sizə bir nəsihətim var: Allaha xatir iki-iki, bir-bir ayağa qalxın. Düşünün (və görün) ki, həmsöhbətinizdə (peyğəmbərdə) heç bir divanəlik yoxdur. O sizi yalnız qarşıdakı ağır əzabla qorxudan bir kəsdir.”
Dostları ilə paylaş: |