Nöqtələr
Quranda dəfələrlə qeyd olunur ki, peyğəmbərlər öz təlaşları müqabilində xalqdan əvəz istəmirdilər. “Şuəra” surəsinin 100-180-cı ayələrində bu nöqtə müxtəlif peyğəmbərlərin dilindən təkrarlanır. Amma İslam Peyğəmbəri (s) iki yerdə muzd məsələsinə toxunur: “Mən əhli-beytimə məhəbbətdən savay muzd istəmirəm.”1; Risalətim müqabilində sizdən muzd istəmirəm.”2
Yuxarıdakı ayələrdən çıxarılan nəticə budur ki, girami Peyğəmbər (s) zəhməti müqabilində yalnız öz Əhli-beytinə (ə) məhəbbət diləyir və bildirir ki, bu muzd insanların öz xeyirinədir. Çünki peyğəmbər Əhli-beytinə (ə) bağlanan insan onların yolunu gedir. Məsum rəhbərlərin yolunu gedənlər isə Allah yolunu izləmiş olur. Demək, Əhli-beytə məhəbbət özümüzə faydalıdır. Müəllim şagirdlərinə deyir: “Mən sizdən dərslərə hazır olmağınızdan savayı bir şey istəmirəm və bu sizin öz xeyirinizədir.”
Dostları ilə paylaş: |