Nöqtələr
Girami Peyğəmbərin (s) səhabələrindən olan İbn Məsud deyir: Məkkədə 360 büt vardı. Məkkənin fəthi günü girami Peyğəmbər (s) onları bir-bir yerə aşırdı. Həzrət həmin vaxt “qul caəl həqqu...” ayəsini oxuyurdu.
Sual: Nə üçün Quran və haqq peyğəmbər gəldiyi halda batil yerindədir?
Cavab: Məntiqi və elmi hakimiyyət əməli və icra hakimiyyətindən fərqlənir. Allahın işi həqiqəti bəyan etmək, bizim işimiz əməl etməkdir. Amma biz haqqa əməl etmirik. Bəli, xəstənin müalicəsi düzgün müayinə və dərmanların düzgün qəbul edilməsindən asılıdır. Bunlardan biri həkimin, digəri xəstənin vəzifəsidir.
Dostları ilə paylaş: |