Qurani-kərim mələklər haqqında müəyyən məlumatlar verir: Mələklər Allahın girami bəndələridir1; mələklər Allaha mütidir2; işlərin tədbiri və bölgüsü onların öhdəsindədir3; onlar insanların danışığına nəzarət edir4; mələklər əməlləri yazır5; mələklər savaşda mücahidləri müjdələyir6; mələklər insanları övladla müjdələyir7; mələklər ölüm məqamında möminləri müjdələyir8; onlar günahkarları cəzalandıran məmurlardır9; onlar insanları hifz edir1; mələklər möminlərə dua edir2; onlar insanların bağışlanmasını diləyir, şəfaət edir3; mələklər kafirləri lənətləyir4; onlar cəbhələrə yardım göstərir 5; onlar ölüm zamanı günahkarları tənbeh edir6; onlar behişt əhlini qarşılayır7; mələklər cəhənnəm əzabına məsuldur8; onlar ruhları çıxaran məmurlardır9; mələklərin dərəcələri var10; mələklər vəhy gətirir11; mələklər bəzən insan şəkilinə düşür12; onlar ibadətdən yorulmur13; onlar təkcə peyğəmbərlər yox, başqaları ilə də təmasda olur14; seçilmiş mələklər var15; mələklərə iman zəruridir16.