Bildirişlər
1. Dünyada bütün insanlar ilahi mərhəmətdən faydalanır.
2. Allahın rəhməti Onun qəhr-qəzəbindən öndə gəlir.
3. Allahın bəxşişi də, məhrum etməsi də hikmətə əsaslanır.
4. İlahi nemətlər Onun xəzinəsinin insanın ixtiyarına verilən bir hissəsidir.
5. Allahdan qeyrisinə göz dikmək əbəsdir. Əgər O istəməsə kimsənin əlindən bir iş gəlməz.
6. Allahın iradəsi dəyişməzdir.
Ayə 3:
﴿يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالْأَرْضِ لَا إِلَهَ إِلَّا هُوَ فَأَنَّى تُؤْفَكُونَ﴾
“Ey insanlar! Allahın sizə verdiyi nemətləri yada salın. Allahdan savayı sizə göydən və yerdən ruzi verəsi bir kəs varmı? Ondan savayı məbud yoxdur. Bəs necə olur ki, haqqa arxa çevirib batilə üz tutursunuz?!”
Dostları ilə paylaş: |