Bildirişlər
1. Bəzilərini maddi və dünyəvi həyat aldadır. Bəziləri isə dünya bəzəyinə aldanmadığı halda şeytan tərəfindən azdırılır.
2. Tərbiyə prosesində xəbərdarlıqlar təkrarlanmalıdır.
3. Məada iman dünyaya aldanışdan saxlayan ən güclü vasitədir.
4. İlahi vədlər haqq, şeytanın vədləri batildir.
Ayə 6:
﴿إِنَّ الشَّيْطَانَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوًّا إِنَّمَا يَدْعُو حِزْبَهُ لِيَكُونُوا مِنْ أَصْحَابِ السَّعِيرِ﴾
“Şübhəsiz, şeytan sizin düşməninizdir. Beləsə, siz də onu düşmən bilin. O öz dəstəsini yalnız cəhənnəm əhli olmağa çağırır.”
Dostları ilə paylaş: |