Nöqtələr
“Səir” dedikdə şölələnmiş od mənası anlaşılır. Cəhənnəmin adlarından biri “səir”dir.
Şeytanın bəşəriyyətlə düşmənçiliyinin uzun keçmişi var: atamız Adəmi behiştdən çıxardı1; o gözə görünməyən bir düşməndir2; o bizimlə düşmənçiliyə and içmişdir3; o insana hər tərəfdən hücum edir4; şeytan insanları azdırmaq üçün onları yoxsulluqla qorxudur, günaha sürüklər1; onun məqsədi yalnız insanı cəhənnəmə daxil etməkdir. İmam Sadiq (ə) buyurur: “Əgər şeytan düşmənsə, ona nə üçün göz yumulmalıdır?!2
Bildirişlər
1. Şeytanın düşmənçiliyinə ciddi yanaşmasaq aldanasıyıq.
2. Düşmənin proqramlarından və formalaşmasından xəbər tutaq.
3. Şeytan insanları azdırmaq üçün kömək axtarır. Bəs biz, insanları haqqa çağırış üçün nə edirik?
Ayə 7:
﴿الَّذِينَ كَفَرُوا لَهُمْ عَذَابٌ شَدِيدٌ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ﴾
“Küfr edənlər üçün ağır əzab var. İman gətirib saleh işlər görənlər üçün isə bağışlanma və böyük mükafat olacaq.”
Dostları ilə paylaş: |