Nöqtələr
İnsanın pis işlərini onun gözündə bəzəyən, tənqid əvəzinə onu tərifləyən varlıq şeytandır.1
Məzəmmətli sualları cavabsız qoymaq günahkarlara qarşı hədə və təhqiri göstərir. Allah pis əməl sahiblərini məzəmmət məqsədi ilə sual ünvanlayıb, onu cavabsız buraxır. Buyurulur ki, görən öz pis işini yaxşı sayan... Amma sual cavabsız buraxılır.
İmam Kazım (ə) buyurur: “Pis əməlləri yaxşı saymaq şöhrətpərəstliyin, özündən razılığın (“ücb”) müqəddiməsidir.”2
Bildirişlər
1. İnsan fitrətən gözəlliyə vurğundur. Şeytan insanın bu meylindən faydalanaraq pis əməlləri bəzəyib ona qəbul etdirir.
2. Pislikləri yaxşı saymaq azğınlıq zəminəsidir.
3. İnsan öncə günaha don geyindirir, sonra işə başlayır. (Pis əməllərin bəzənməsi elə azğınlığa don geyindirməkdir.)
4. Mömin insan həqiqəti görür, özünü tanıyır. Amma kafir zənnə qapılır, aldanır və özündən razıdır. (Ötən ayədə kafirlərdən və möminlərdən, bu ayədə bəsirət və xülyapərəstlikdən danışıldı.)
5. Yaxşılıqlar və pisliklər zənn-güman əsasında yox, ilahi meyarlar əsasında dəyərləndirilməlidir.
6 Yanlış təsəvvür, pisi yaxşı saymaq insanın öyüd götürməsinə, tövbə və təkamülünə mane olur.
7. Hidayət və zəlalət (doğru yola sövq və azdırma) Allah tərəfindən olsa da, insanın əməlləri əsasında gerçəkləşir. Kafirlər inadkarlıq göstərərək azğınlıq yolunu tutur. Allah isə onların azğınlığını artırır.
8. Peyğəmbər insanların doğru yola gəlişini hərisliklə izləyir.
9. Təəssüf və həsrətin də hədd-hüdudu olmalıdır.
10. Günahkarların pis əməllərindən Allahın xəbərdarlığı bizim həyəcanımızı azaldır.
Ayə 9:
﴿وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَى بَلَدٍ مَّيِّتٍ فَأَحْيَيْنَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا كَذَلِكَ النُّشُورُ﴾
“Küləklər göndərib buludu hərəkətə gətirən Allahdır. Onu (buludu) ölü torpaqlara doğru qovduq, onun vasitəsi ilə ölmüş torpağı diriltdik. Dirçəliş də belədir.”
Dostları ilə paylaş: |