Bildirişlər
1. Həqiqi izzət xalqa yox, Allaha bağlılıqdadır.
2. İzzət iman və saleh əməl sayəsində əldə olunur.
3. Əqidə və əməl arasında sıx rabitə var, onlar bir-birinə təsir göstərir.
4. İman və seleh əməldə izzət axtaran möminlərin yolu təkamül yoludur. Yalan və hiylə vasitəsi ilə izzət arayanların yolu batil və puçdur.
5. Kimsə hiylə və günah vasitəsi ilə izzətə çatmayıb.
Ayə 11:
﴿وَاللَّهُ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ جَعَلَكُمْ أَزْوَاجًا وَمَا تَحْمِلُ مِنْ أُنثَى وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِ إِلَّا فِي كِتَابٍ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ﴾
“Allah sizi torpaqdan, sonra nütfədən yaratdı və bir-birinizə cüt qərar verdi. Ondan xəbərsiz heç bir qadın hamilə olmaz və doğmaz. Kimsəyə kitabda yazıldığından uzun ömür verilməz və ya ömründən kəsilməz. Şübhəsiz, bu iş Allah üçün asandır.”
Dostları ilə paylaş: |