Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə486/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   482   483   484   485   486   487   488   489   ...   572

Nöqtələr


“Muəmmər” dedikdə uzun ömür sahibləri nəzərdə tutulur. “Umr” sözü abadlıq mənasını bildirir. İnsan yaşadığı müddətdə abadlıq yaratmaq imkanına malik olduğundan onun yaşadığı müddət ömür adlanır.

Rəvayətlərə əsasən, sədəqə və qohum-əqrəbanı yoxlamaq (“sileyi-rəhm”) ömrü uzadır. Əksinə qohum-əqrəba ilə əlaqələri kəsmək, valideynin üzünə ağ olmaq ömürün qısalmasına səbəb olur.1


Bildirişlər


1. Öz yaranışınıza diqqət yetirin ki, həm Allahın qüdrətini anlayasınız, həm qəflət və təkəbbürə düçar olmayasınız.

2. Həzrət Adəm torpaqdan xəlq edildiyi kimi, nütfədən yaranmış insanların da ilk qaynağı torpaqdır.

3. İnsan vücudunun ilkin ünsürləri torpaq və sudur.

4. İnsan üçün cütlüyün (həyat yoldaşının) yaranışı ilahi lütflərdəndir.

5. Allah insan vücudunun yaranışdan öncəki və sonrakı hallarından tam xəbərdardır.

6. İnsan üçün ömür müəyyənləşdirilmişdir. Amma bu ömür müddəti müəyyən səbəblərdən qısala bilər.

7. İnsan ömrünün bütün anlarının hesab-kitabı var.

8. İnsanı torpaq və nütfədən yaratmaq, onun ömrünün bütün anlarından xəbərdar olmaq Allah üçün asandır.


Ayə 12:


﴿وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَذَا مِلْحٌ أُجَاجٌ وَمِن كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ﴾

İki dəniz eyni deyil: onlardan biri şirin, lətif, içməyə dədlı, o biri şor və təlxdir. Amma siz onların hər ikisindən təzə ət yeyir, zinət əşyaları çıxarıb taxırsınız. Allahın fəzlindən (ruzi) diləyib, şükür edən olasınız deyə gəmilərin dalğaları yardığını görürsən.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   482   483   484   485   486   487   488   489   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin