Nöqtələr
“Əzb” dedikdə şirin, “furat” dedikdə lətif, “saiğ” dedikdə dadlı, “məvaxir” dedikdə yarmaq mənaları anlaşılır.
Həyat bəzən şirindir, bəzən acı, bəzən şöhrət gətirir, bəzən adsızlıq, bəzən var-dövlət içində ötüşür, bəzən yoxsulluq, bəzən sağlamlıqla müşayiət olunur, bəzən xəstəlik... Amma insan yaxşı ovçu, üzgüçü və sükançı olsa bütün ziddiyyətli şəraitlərdə müvəffəqiyyətə çata bilər.
Balıq əti, zinət əşyaları, gəmiçilik insan təlaşı ilə əldə olunan bərəkətlərdir. Əslində isə dənizin sayız-hesabsız bərəkətləri var. Məsələn, buxardan buludların yaranışı. Havanın təmizlənməsi, dənizdəki canlı aləm...
Dostları ilə paylaş: |