Bildirişlər
1. Öncə şirinliklərdən danışın. (Əksər dənizlərin suyu şor və təlx olsa da, Quran əvvəlcə şirin suyu yada salır.)
2. İslam ətlə qidalanmadan imtinaya icazə vermir.
3. Dəniz qida, geyim, minik yatağıdır.
4. Qidalanmada təzə ətə üstünlük verilməlidir.
5. İnsan fitrətən gözəlliyə meyllidir. İslam müəyyən şərtlər daxilində zinət əşyalarından istifadəyə icazə verir.
6. İlahi nemətlər bir fəzl, bəxşişdir. Bizim Allahdan alacağımız yoxdur.
7. Allahın ruzi və fəzli səy və təlaş sayəsində əldə olunur.
8. İlahi nemətlərə diqqət insanda şükür ruhiyyəsini çiçəkləndirir.
Ayə 13:
﴿يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ﴾
“O (Allah) gecəni gündüzə, gündüzü gecəyə qovuşdurur. (Birindən azaldıb o birini artırır.) O günəş və ayı ram etdi. Onlardan hər biri müəyyən müddət hərəkətdədir. Budur sizin Rəbbiniz olan Allah! Hökm Ona məxsusdur. Onun yerinə çağırdıqlarınız xurma toxumunun qabığına da sahib deyillər.”
Dostları ilə paylaş: |