Nöqtələr
Gecə və gündüz tədrici olaraq bir-birini əvəz edir. Ani olaraq gecə gündüzə, gündüz gecəyə dönsəydi bunun zərərli təsirləri olardı.
Bildirişlər
1. Gecə və gündüzün uzanıb-qısalması və tədricən yerdəyişməsi təsadüfi deyil.
2. Təbiət Allah tərəfindən ram olunmuşdur.
3. Ay və günəşin hərəkəti üçün zaman bölgüsü və bir son var.
4. Nizamlı, məqsədli və proqramlı yaranışa diqqət yetirməklə tövhid əqidənizi möhkəmləndirin.
5. Təbliğdə öncə haqqın simasını aydınlaşdırın, sonra onu batillə müqayisə edin.
6. Dua ən ali məqama ünvanlanmalıdır. Bütlər nə sizdən üstündür, nə də xeyir və zərər sahibidir.
7. İnsan mütləq ilahi qüdrətə arxa çevirib heç bir gücü olmayan mövcudların sorağınca gedir.
8. Təbliğdə hamının istənilən bir vaxt və ya məkanda anlayacağı misallardan istifadə edin.
Ayə 14:
﴿إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ﴾
“Əgər onları (bütləri) çağırsanız, duanızı eşitməzlər, eşitsələr belə cavab verməzlər. Onlar Qiyamət günü sizin şirkinizi inkar edəcəklər. Kimsə agah (Allah) kimi səni (həqiqətlərdən) xəbərdar etməz.”
Dostları ilə paylaş: |