Nöqtələr
Bəzi müsəlman firqələri, o cümlədən vəhhabilər öz əqidələrini sübuta yetirmək üçün bu ayəyə istinad edirlər. Onlar sanki bu ayələrin övliyalar yox, bütlər haqqında nazil olduğunu bilmirlər. Allah öz övliyaları ilə onların ölümündən sonra da danışır. Allah müxtəlif ayələrdə öz peyğəmbərlərinə salam göndərir.1 Əgər onlar eşitmirsə, Allahın salamı nə üçündür?! Bu firqələr şəhidlərin bərzəx həyatını sanki qəbul etmirlər!
Çoxsaylı rəvayətlərdə bildirilir ki, İslam Peyğəmbəri (s) ölülərlə danışırdı. Həzrət kafirlərin bədr quyusundakı cəsədləri ilə danışarkən bu işə etiraz edənlərə buyurdu: “Siz onlardan yaxşı eşitmirsiniz.”2
Dostları ilə paylaş: |