Nöqtələr
“Ənam” surəsinin 133-cü ayəsi 16-cı ayənin oxşarıdır. Ayədə buyurulur: “Sənin Rəbbin ehtiyacsız və mərhəmət sahibidir. İstəsə sizi aparar və sizdən sonra yerinizə istədiyini gətirər. Necə ki, sizi əvvəlkilərin yerində qərar verdi.”
Bildirişlər
1. İnsan ayağının altını sürüşkən görsə aram yeriyər.
2. Yox olmaq imkanı insanın yoxsulluğunu göstərir.
3. Xalqı doğru yola dəvət və azğınlara xəbərdarlıq yollarından biri ilahi qüdrətin bəyanıdır.
4. Allah həm bir qövmü yaratmağa, həm də məhv etməyə qadirdir.
5. Allahın qüdrəti qarşısında heç bir maneə yoxdur.
6. Müdir tabeçiliyində olanların təkəbbür və inhisarçılığının qarşısını almalıdır.
7. Allahın qüdrətinə ciddi yanaşaq.
Ayə 18:
﴿وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَى حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَى إِنَّمَا تُنذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالغَيْبِ وَأَقَامُوا الصَّلَاةَ وَمَن تَزَكَّى فَإِنَّمَا يَتَزَكَّى لِنَفْسِهِ وَإِلَى اللَّهِ الْمَصِيرُ﴾
“Heç bir fərd başqasının (günah) yükünü çiyninə almaz. Yükü ağır olan şəxs hətta ən yaxınlarının yükündən götürməyə çağırsa onun yükündən daşınmaz. (Kimsə ona rəhm etməz) sən yalnız gizlində Rəbindən qorxanlara və namazı bərpa edənlərə xəbərdarlıq edirsən. Kim (günahdan) paklansa, bu paklıq onun öz xeyirinədir. Dönüş yalnız Allaha doğrudur.”
Dostları ilə paylaş: |