Nöqtələr
“Vizr” sözü ağırlıq, yük mənasını bildirir. “Musqələt” dedikdə ağır yük mənası anlaşılır. “Himl” sözü çiyin yükü, “həml” sözü qarın yükü mənasını ifadə edir.1
Quranda oxuyuruq ki, bəziləri ətrafdakıları aldatmaq üçün onların günah yükünə kömək edəcəklərini bildirirlər. Ayə belələrinə cavab verir.
Sual: Bu ayəyə istinadən deyə bilərikmi ki, Qiyamətdə hərə öz yükünü götürəcək və bizim başqa günahkarlarla nə işimiz?
Cavab: Bu ayə pis işlər müqabilində susmağa əsas vermir. Günah müqabilində susmaq özü günahdır. Vəzifəmiz doğru yola çağırmaq və pisliyə qadağa qoymaqdır. Əgər sözümüzü dinləyən olmasa, günahı onun öz boynunadır.
Hərə öz əməlinə cavabdeh olsa da, cəmiyyətdə azğın işlərin bünövrəsini qoyanlar günahkarlarla birlikdə məsuliyyət daşıyır. Çünki günaha yönəltmək həmin günaha şəriklikdir.
Dostları ilə paylaş: |