Bildirişlər
1. Ədalət prinsipinə əsasən hər kəs öz yükünü daşımalıdır.
2. Günahımızı ata-babalarımızın, dostlarımızın və mühitin boynuna atmayaq.
3. Qiyamətdə hər kəslə ayrıca hesab-kitab aparılar.
4. Günah bir yükdür.
5. Qohumluq əlaqələrinin Qiyamət səhnəsində heç bir faydası yoxdur. Yaxınlar insanın günah yükünə kömək etmir.
6. Allah qorxusu və namaz insanı haqqın qəbuluna vadar edir.
7. İnsan təqva və namaz yolu ilə paklanır.
8. İnsanın paklanması onun öz xeyirinədir.
9. İnsan öz paklığından dünyada faydalanmaya da bilər. Amma axirətdə də bu paklığın bəhrəsini hökmən görəsidir.
10. Varlıq aləmi məqsədli yaradılıb və təkamül yolu gedir.
Ayə 19:
﴿وَمَا يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ﴾
“(Mömin və kafir eyni deyil, necə ki) korla görən eyni deyil.”
Ayə 20:
﴿وَلَا الظُّلُمَاتُ وَلَا النُّورُ﴾
“Zülmət və nur da (eyni deyil).”
Dostları ilə paylaş: |