Nöqtələr
“Zillu” dedikdə kölgə, “hərur” dedikdə isti və yandırıcı külək nəzərdə tutulur.
Bu ayələrdə möminlər və kafirlər arasında dörd müqayisə aparılır. Məlum olur ki, şəxsiyyət baxımından möminlərlə kafirlər eyni deyil: mömin görənə, kafir kora bənzədilir; mömin işığa, kafir zülmətə oxşadılır; mömin kölgə, kafir yandırıcı küləyə bənzədilir; mömin diri, kafir ölü kimi tanıtdırılır.
Mömin təkamül yolundadır. Çünki onun işıqlı və həqiqəti görən gözü var. Möminin nəfsi pak, qəlbi diridir. Kafir isə həqiqəti görmək istəmir, qəlbidaşlıqdan haqqı qəbul etmir. O cəhalət, təəssüb və qəlbidaşlıq səbəbindən haqq yola üz tutmur.
Dostları ilə paylaş: |