Bildirişlər
1. Quranda batil, xürafat, artıq, məntiqsiz söz yoxdur.
2. Hər bir söz və kitabın dəyər mizanı Qurandır.
3. Səmavi kitablar bir-birini təsdiqləyir.
4. Allah həm insanların vəhyə ehtiyacından, həm də peyğəmbərin vəhyi qəbul etmək ləyaqətindən agahdır.
Ayə 32:
﴿ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ذَلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ﴾
“Bu kitabı (Quranı bəndələrimizdən seçdiyimiz dəstə üçün miras qoyduq. Bəndələrimizdən bəziləri özünə qarşı sitəmkardır, bəziləri orta həddi gözləyir, bəziləri Allahın izni ilə xeyir işlərdə önə keçir. Bu, Allahın həmin böyük fəzlidir.”
Dostları ilə paylaş: |