Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə515/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   511   512   513   514   515   516   517   518   ...   572

Nöqtələr


“Surax” dedikdə, yardım istəyi ilə nalə çəkmək mənası anlaşılır.

Ötən iki ayədə bildirildi ki, behişt əhli asayiş və aramlıq içindədir. Bu ayədə bəyan olunur ki, cəhənnəm əhli odda qovrulub nalə çəkir və yardım diləyir.


Bildirişlər


1. Hər istəyə və ah-naləyə etina göstərmək vacib deyil. Günahkarın istəyi məqbul deyil.

2. İnsanı cəhənnəmə salan onun qeyri-saleh əməlləridir.

3. Bir gün bütün azğınlar çarəsiz vəziyyətə düşüb nalə çəkəsidir.

4. Axirət əldən verilənləri geri qaytarmaq üçün nəzərdə tutulmayıb.

5. Çoxları düşünürlər ki, saleh əməl sahibidirlər. Amma Qiyamət günü günah yükünü görüb deyəcəklər: “Pərvərdigara! Əgər cəhənnəmdən qurtulsam, saleh işlər görəcəyəm.”

6. Allah bütün insanlara xəbərdarlığın başa çatması üçün yetərli qədər ömür verib.

7. Fürsətlərin əldən buraxılması insanın özünə zülmə səbəb olur.

8. İnsana qəflətdən oyanıb həqiqətdən xəbərdar olmaq üçün ömür verilib. Qafil insan sanki yaşamamışdır.

9. Ardıcıl olmayan xəbərdarlıq səmərə vermir. Bütün günahkarlar bir anlıq ayılır. Amma islah üçün daimi xəbərdarlığa ehtiyac var.

10. Xəbərdarlıq sona çatmayınca qəzəb nazil olmur.

11. Peyğəmbərlərin xəbərdarlıqlarına məhəl qoymayanlar zalımdır.

12. Kafirlər üçün şəfaətin, dua və yalvarışın heç bir səmərəsi yoxdur.


Ayə 38:


﴿إِنَّ اللَّهَ عَالِمُ غَيْبِ السَّمَاوَاتِ وَالْأَرْضِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾

Həqiqətən, Allah göylərin və yerin qeybindən xəbərdardır. Şübhəsiz, o qəlblərdəki sirləri bilir.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   511   512   513   514   515   516   517   518   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin