Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə521/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   517   518   519   520   521   522   523   524   ...   572

Nöqtələr


Təfsirlərdə oxuyuruq: “Müşriklər yəhudilərə peyğəmbər gələn vaxt onların inadkarlıq göstərdiyini eşidib and içdilər ki, əgər peyğəmbər gəlsə heç bir inadkarlıqsız təslim olacaqlar. Onlar iddia edirdilər ki, doğru yolu başqa ümmətlərdən daha tez və daha ciddi tutacaqlar. Peyğəmbər gəldikdən sonra isə yalnız nifrətlərini bildirdilər.

Allah eləməmiş, həzrət Mehdinin (ə) intizarında olanlar bu gün hazırlıqlarını bildirələr, həzrət gələn vaxt isə ona müxalif olalar!


Bildirişlər


1. Müşriklər Allahı qəbul edir, onu müqəddəs sayır, ona and içirdilər.

2. Hər anda inanmaq olmaz.

3. Danışıqla iş düzəlməz. İddia çox, amma əməl az!

4. Xalqın hidayəti üçün həm müjdə, həm də xəbərdarlıq lazımdır. Azğın cəmiyyət üçün isə xəbərdarlıq daha mühümdür.



Ayə 43:


﴿اسْتِكْبَارًا فِي الْأَرْضِ وَمَكْرَ السَّيِّئِ وَلَا يَحِيقُ الْمَكْرُ السَّيِّئُ إِلَّا بِأَهْلِهِ فَهَلْ يَنظُرُونَ إِلَّا سُنَّتَ الْأَوَّلِينَ فَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا وَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا﴾

(Onların haqqa nifrəti) yer üzündə təkəbbürlərinə və pis qurğularına görə idi. Pis qurğu yalnız öz sahibini yaxalayar. Yoxsa onlar keçmişdəkilərin düçar olduğu sünnədən başqa bir şey gözləyir? Hansı ki, heç vaxt ilahi qanuna əvəz tapmaz, onda dəyişiklik görməzsən.”



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   517   518   519   520   521   522   523   524   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin