Nöqtələr
“Təbdil” dedikdə bir şeyi o biri ilə əvəz etmək nəzərdə tutulur. Məsələn, qüsl əvəzinə təyəmmum. “Təhvil” sözü isə bir şeyi dəyişmədən zaman və ya məkana, həmin şeyin forma və ya qəlibinə təsir göstərmək mənasını bildirir.
Əgər xəstə həkimin verdiyi dərmanı qəbul etməyib həkimə “qəbul etdim” deyərsə, o həkimi yox, özünü aldadar.
Bildirişlər
1. Peyğəmbər yolundan uzaqlaşmanın və bu yola nifrətin qaynağı təkəbbür və hiylədir.
2. İnsanın hiyləsi onun öz başında çatlayır.
Pisliyin pisliyi var,
Nə əkərsən o çıxar.
3. Allah-təala cəmiyyətdə sabit qanunlar, sünnələr müəyyənləşdirmişdir. Bütün qövmlər və millətlər bu qanunlara tabedir. Elə bir ümmət yoxdur ki, sınağa çəkilsin, elə bir mömin yoxdur ki, ilahi yardımdan faydalanmasın, elə bir hiyləgər yoxdur ki, cəzalandırılmasın. Bəli, cəmiyyətin xoşbəxilik və bədbəxtliyi ilahi sünnələrə tabeçilikdən asılıdır.
4. Tarixin sabit nizamı və qanunları var.
Ayə 44:
﴿أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ وَكَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَمَا كَانَ اللَّهُ لِيُعْجِزَهُ مِن شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ إِنَّهُ كَانَ عَلِيمًا قَدِيرًا﴾
“Yer üzünü gəzmədilərmi ki, onlardan öncə olanların, daha böyük qüdrət sahiblərinin aqibətini görələr? Göylərdə və yerdə Allahı aciz qoyası heç nə yoxdur. Əlbəttə, çox agah və qüdrətlidir.”
Dostları ilə paylaş: |