Nöqtələr
Bu ayədə Firon və onun qoşunu haqqında yerdən götürülüb dənizə atılan əhəmiyyətsiz bir şey kimi danışılır. Bu yanaşma bütün qüdrətlərin ilahi qüdrət və qəhr-qəzəb qarşısında heç nə olduğunu göstərir.
“Nəbz” dedikdə dəyərsiz və cüzi bir şeyi kənara atmaq mənası anlaşılır.
Bildirişlər
1. Allahın cəzaları təkcə axirətə aid deyil. (Firon elə bu dünyadaca qərq edildi.)
2. Sitəmkar şəxsin köməkçiləri onun taleyinə şərikdirlər.
3. Təkəbbürlü başçıların sonu zillət və əzabdır.
4. Fəsadın kökünü kəsmək üçün bütün bulaşıq şeylər məhv edilməlidir.
5. Tarixi hadisələrə ibrət gözü ilə baxaq.
6. Sitəmkarların müştərək taleyi vardır. (Pis aqibət təkcə Firona yox, bütün sitəmkarlara aid edilir.)
7. Əsas məsələ ötəri görüntülər yox, işin sonudur.
Ayə 41:
﴿وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ وَيَوْمَ الْقِيَامَةِ لَا يُنصَرُونَ﴾
“Onları (fironçuları) oda dəvət edən başçılar qərar verdik. (Əlbəttə) Qiyamət günü onlara yardım göstərilməz.”
Ayə 42:
﴿وَأَتْبَعْنَاهُمْ فِي هَذِهِ الدُّنْيَا لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ هُم مِّنَ الْمَقْبُوحِينَ﴾
“Dünyada onları lənətlə yola saldıq, Qiyamət günü isə üzü qaralardan olarlar.”
Dostları ilə paylaş: |