Nöqtələr
Bu ayədən başlayaraq 17 ayədə xalqının hidayəti üçün göndərilmiş bəzi peyğəmbərlərin əhvalatları nəql olunur.
Təfsirlərdə bildirilir ki, ayədə şəhər dedikdə qədim Rum şəhərlərindən olan Antakiya nəzərdə tutulur. Antakiya hazırda Türkiyə ərazisinə daxildir və ticari şəhərlərdən sayılır. Bu 18 ayədən məlum olur ki, Antakiya əhli bütpərəst imiş və göndərilmiş peyğəmbər onları tövhidə, şirklə mübarizəyə çağırırmış.
Bildirişlər
1. Keçmişdə baş vermiş hadisələr gələcək üçün ən üstün dərsdir.
2. Tərbiyəçi və təbliğatçı tarixlə tanış olmalıdır.
3. Cəmiyyətə sabit qanunlar hakimdir, insanların və cəmiyyətin taleyini bu qanunlar əsasında müəyyənləşdirmək olar. Bəli, ilahi sünnələr sabitdir, millətlərin, zaman və məkanın dəyişməsi ilə dəyişmir.
4. Ən üstün misal xəyali yox, gerçək və gözlə görünən misaldır.
5. Dastanın nəqlində ad və say yox, ibrətamiz nöqtələr mühümdür.
6. Peyğəmbərlər xalqın gəlişini gözləmədən onların sorağına gedirdilər.
Ayə 14:
﴿إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُم مُّرْسَلُونَ﴾
“Onlara doğru göndərdiyimiz iki nəfəri təkzib etdilər, sonra üçüncü şəxslə (əvvəlki iki nəfəri) təsdiqlədik. Dedilər: “Həqiqətən, biz sizə doğru (Allah tərəfindən) göndərilmişik.”
Ayə 15:
﴿قَالُوا مَا أَنتُمْ إِلاَّ بَشَرٌ مِّثْلُنَا وَمَا أَنزَلَ الرَّحْمن مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلاَّ تَكْذِبُونَ﴾
“Kafirlər dedilər: “Siz də bizim kimi bəşərsiniz, Rəhman Allah bir şey nazil etməyib və siz yalnız yalan danışırsınız.”
Ayə 16:
Dostları ilə paylaş: |