Nur təFSİRİ


﴿قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ﴾



Yüklə 2,21 Mb.
səhifə535/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   531   532   533   534   535   536   537   538   ...   572
﴿قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ﴾

Peyğəmbərlər dedilər: “Rəbbimiz bilir ki, biz sizə doğru göndərilmişik.”


Ayə 17:


﴿وَمَا عَلَيْنَا إِلاَّ الْبَلاَغُ الْمُبِينُ﴾

Bizim açıq-aşkar təbliğdən savay vəzifəmiz yoxdur.”



Nöqtələr


Bəziləri Allahın varlığına inansalar da, peyğəmbərlik məsələsini qəbul etmirlər. Onlar deyirlər ki, ağıl verilən yerdə vəhyə ehtiyac yoxdur. Onlar Allahı düzgün tanımadıqlarından bu sayaq düşünürlər.1

Bildirişlər


1. Bəzən haqqa çağırış, yaxşılığa dəvət qrup şəklində həyata keçirilir.

2. İnadkarlıq əlacsız dərddir. (İnadkarlar hətta peyğəmbərləri inkar etdilər.)

3. Düşmənin təkzibi sizi həvəsdən salmasın, ətrafınızı gücləndirin.

4. Bəzən bir qövmə eyni vaxtda bir neçə peyğəmbər göndərilib.

5. Təbliğatçıların sayı cəmiyyətin ehtiyacı əsasında müəyyənləşir.

6. Bir şəxsə iş tapşırdıqda ona arxa dayanıb güc verin.

7. Layiqli insanların çoxluğu izzət səbəbidir.

8. İnsan və ya başqa bir şey vasitə olsa da, izzət və zillət Allahın əlindədir.

9. Müdiriyyətdə daim ehtiyat qüvvəsi saxlayın.

10. Kafirlər bütün kamillikləri görməməzliyə vurub hər şeyə zahiri gözlə baxırlar.

11. Bəziləri vəzifə, əmr və qadağaları ilahi mərhəmətə zidd sayır, güman edirlər ki, mərhəmət qeyd-şərtsiz azadlıqda, insanın özbaşına buraxılmasındadır.

12. Düşmənin ardıcıl inkarları müqabilində qəlbinizə Allah zikri ilə toxtaqlıq verin.

13. Peyğəmbərlərin vəzifəsi agahlıq verən təbliğatdır. Onlar nəticəyə zamin deyillər.

Ayə 18:


﴿قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ لَئِن لَّمْ تَنتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌ﴾

(“Kafirlər peyğəmbərlərə) dedilər: “Biz sizi uğursuzluq əlaməti sayırıq. (Sizin varlığınız bizə bədbəxtlik gətirir) Əgər sözlərinizdən əl çəkməsəniz sizi hökmən daş-qalaq edəcəyik, tərəfimizdən sizə ağrılı əzab yetişəcək.”

Ayə 19:


﴿قَالُوا طَائِرُكُمْ مَعَكُمْ أَئِن ذُكِّرْتُم بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ﴾

(Peyğəmbərlər cavab olaraq) dedilər: “Bədbəxtliyinizin səbəbkarı özünüzsünüz. Əgər sizə nəsihət verilirsə (bunu uğursuzluqmu saymalısınız)? Siz həddi aşmış bir qövmsünüz.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   531   532   533   534   535   536   537   538   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin