Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə538/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   534   535   536   537   538   539   540   541   ...   572

Ayə 24, 25:


﴿إِنِّي إِذًا لَّفِي ضَلاَلٍ مُّبِينٍ إِنِّي آمَنتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ﴾

Onda aşkar azğınlığa uğramış olaram. (Ey insanlar! Bilin) mən sizin Rəbbinizə iman gətirdim, bunu eşidin!”


Ayə 26:


﴿قِيلَ ادْخُلِ الْجَنَّةَ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ﴾

(Nəhayət, onu şəhadətə yetirdilər) ona deyildi: “Behiştə daxil ol.” Dedi: “Ey kaş qövmüm biləydi.”


Ayə 27:


﴿بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ﴾

(Qövmüm biləydi ki) Rəbbim məni bağışladı və girami tutulanlardan qərar verdi.”



Nöqtələr


“Məcməul-bəyan” təfsirinə əsasən, ayədə həzrət İsanın dövrünə aid bir əhvalatdan danışılır. Həzrət öz həvarilərindən ikisini Antakiya əhlini doğru yola dəvət üçün göndərir. Onlar yolda Həbib Nəccarla rastlaşırlar. Həbib Nəccar bu iki şəxsin göstərdiyi dəlillər əsasında iman gətirir. Həmin iki şəxs şəhərə daxil olur. Amma insanlar onların sözlərini qəbul etmirlər. Həzrət İsa ən böyük həvarisi Şəmunu həmin iki nəfərə köməyə göndərir. Şəmun padşahın qəlbini ələ alır və nəhayət xalqın əksəri Allaha iman gətirir.

Başqa təfsir kitablarında da nəql olunmuş bu rəvayət iki baxımdan Quran mətnlərinə uyğun gəlmir: Əvvəla ayələrdən zahirən belə görünür ki, Allah haqqında danışılan qövmə doğru öz peyğəmbərini göndərmişdir. Digər tərəfdən, əgər xalqın əksəri iman gətirsəydi, onlara əzab nazil olmazdı.1

Rəvayətlərə əsasən, Allah elçilərinin himayəsi üçün Antakiya şəhərinə gələn şəxs Həbib Nəccar idi. Həbib Nəccar Firon ailəsindəki möminlərdən idi və həzrət Musanın himayəsinə qalxanlardan sayılır.2

Hələb və İsgəndəriyyə arasında yerləşən Antakiya şəhəri bu gün Türkiyə ərazisinə daxildir. Bu şəhər məsihilərin Beytül-Müqəddəsdən sonra ikinci mühüm şəhəri sayılırdı.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   534   535   536   537   538   539   540   541   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin