Bildirişlər
1. Düzgün mövqe tutub, haqqın səsinə səs verə bilən, peyğəmbərlərə tabeçiliklə xoşbəxt olmaq imkanına malik insan öz inadkarlığı ilə Allahın qəhr-qəzəbinə düçar olur.
2. İnadkarlıq təkamül zəminəsinin aradan qalxma səbəbi, peşimançılıqlar üçün müqəddimədir.
3. Tarixin acı hadisələrindən xəbərdarlıq insanı sığortalayır.
4. Peyğəmbərlərə istehza kafirlərin tarixi səciyyəsidir.
5. Bütün peyğəmbərlərə qarşı istehza olunub. (Demək, din təbliğatçıları dil yarasına hazır olmalıdır.)
Ayə 31:
﴿أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنْ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لاَ يَرْجِعُونَ﴾
“Onlardan öncə bir çox nəsilləri həlak etdiyimizi və onların bu kafirlərə doğru dönməyəcəyini görmədilərmi?!”
Ayə 32:
﴿وَإِن كُلٌّ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ﴾
“Hamı bizim hüzurumuzda saxlanılacaq.”
Dostları ilə paylaş: |