Nöqtələr
“Təfsiri-nümunə”yə əsasən, “qərn” dedikdə həm uzun bir dövr, həm də eyni bir dövrdə yaşamış insanlar nəzərdə tutulur.
Bildirişlər
1. Tarixi araşdırmayan, keçmişdəkilərin aqibətindən ibrət götürməyən insanlar qınanasıdır.
2. Tarixdə ilahi sünnələr sabitdir, talelər oxşardır və bir səhnə o biri səhnə üçün ibrət ola bilər.
3. Tarixin nəqli günahkarlar üçün xəbərdarlıq, haqq yolda olanlar üçün təsəllidir.
4. Peyğəmbərlərə qarşı istehzanın sonu bədbəxtçilikdir.
5. Allahın qəzəbi nazil olandan sonra qayıdış yolu qalmır. Fürsətləri əldən buraxmayaq.
6. Kafirlərin ölümü işin sonu yox, onlara əzabın başlanğıcıdır.
7. Qiyamət səhnəsində xalq bir yerə toplanar.
Ayə 33:
﴿وَآيَةٌ لَّهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ﴾
“Ölü torpağı diriltdik və bu gün yedikləri dənləri ondan cücərtdik. Bu ölü torpaqda onlar üçün nişanə var.”
Dostları ilə paylaş: |