Nöqtələr
Ötən ayədə oxuduq ki, Qiyamət günü bütün insanlar dirildilər və Rəbbinin hüzurunda saxlanılar. Bu ayə məad və dirçəliş dəlilini bəyan edir.
Bildirişlər
1. Torpaqdan cücərən istənilən bir toxum Qiyamətdə gordan qalxacaq ölü kimidir.
2. Sözümüzün doğruçuluğunu sübuta yetirmək üçün nümunələr göstərək.
3. İnsanlar üçün ən yaxşı dəlil daimi, ümumi, inkar olunmayası, sadə dəlildir.
4. Məada münasibətdə ən üstün iman yolu yaranmışlara diqqətdir.
5. Qidalarımızın böyük bir hissəsini bitki toxumları təşkil edir. Bu toxumlara diqqət allahşünaslıq yoludur.
Ayə 34:
﴿وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِن نَّخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنْ الْعُيُونِ﴾
“Onda xurma və üzüm acağları olan bağlar qərar verdik, bulaqlar çıxarıb axıtdıq.”
Ayə 35:
﴿لِيَأْكُلُوا مِن ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ أَفَلَا يَشْكُرُونَ﴾
“Beləcə, onun meyvələrindən və əlləri ilə ərsəyə gətirdiklərindən yesinlər. Bəs nə üçün şükür etmirlər?”
Dostları ilə paylaş: |