Nöqtələr
Quranda meyvələr arasından üzüm və xurmanın adı daha çox çəkilir. Uyğun imtiyazın səbəbi bu iki meyvənin tərkib baxımından zənginliyi, asanlıqla əldə edilməsi, çeşidliyi, həm qurusundan, həm də tərindən istifadəsinin mümkünlüyü ola bilər.
Ayədə üzüm və xurma sözləri cəm formada işlədilmişdir. Çünki hər iki nemətin xeyli növü var.
Bildirişlər
1. Qidalanmada birinci yerdə toxumlar, ikinci yerdə meyvələr dayanır.
2. Nemətlər müqabilində şükür bir vəzifədir. (Allah ölü torpağı dirildib otlar və meyvələr cücərdir ki, insan bu nemətlərdən faydalanıb şükür etsin.)
3. Quran meyvələrdən müxtəlif qidaların hazırlanmasını mümkün sayır.
4. Nemətlərin bəyanı insanda şükür ruhiyyəsi yaradır.
Ayə 36:
﴿سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنبِتُ الْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ﴾
“Yerin cücərtilərindən, insanların özündən və onların tanımadıqlarından cütlər yaradan Allah pak-pakizədir.”
Dostları ilə paylaş: |