Nöqtələr
“Urcun” dedikdə ağaca bitişik, zaman ötdükcə qövs şəkli alan xurma budağı nəzərdə tutulur.
Bu ayələrdən aydın olur ki, Allahın varlığının sübut dəlillərindən biri də mövcud nizamdır.
Diqqətin günəş, ay, gecə-gündüz, aydakı dəyişikliklər, səma cisimlərinin hərəkəti, bu cismlərin orbiti, elm və hikmətə əsaslanan nizama yönəldilməsi İslamın astronomiya elmini əhəmiyyətli saymasını göstərir. Bu münasibət tarix boyu alimlərin araşdırmaları üçün zəminə olmuşdur.
Bildirişlər
1. Gecə Allahın qüdrəti və hikmət nişanələrindəndir.
2. Tarix boyu sabit şəkildə davam edən proqram hikmət və elm sahibi olan yaradıcıdan danışır.
3. Gecə və gündüz Allahın işidir, təsadüfi sayılmamalıdır.
4. Günəş və ayın hərəkət yolu elə nizamlanmışdır ki, gecə və gündüz dəqiq şəkildə bir-birini əvəz edir və hər hansı toqquşma baş vermir.
5. Quran nazil olana qədər alimlər günəşin hərəkətsiz olduğunu güman edirdi. Amma Quran günəşin istiqamətli bir hərəkətdə olduğunu bildirdi.
6. Varlıq aləminə hakim nizama kimsə əl uzada bilməz.
7. Quran təşbehləri daim aktualdır. Ayın hərəkəti xurma budağının hərəkətinə bənzədilir.
8. Bütün səma cisimləri öz orbitində hərəkətdədir.
9. Səma cisimləri öz orbitində sürətlə hərəkət edir.
Ayə 41:
Dostları ilə paylaş: |