Ayə 60, 61:
﴿وَأَنْ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّا كَثِيرًا أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ﴾
“Ey Adəm övladları! Məgər sizinlə peyman bağlamadımmı ki, şeytana itaət etməyəsiniz?! Həqiqətən, o sizin aşkar düşməninizdir. Yalnız mənə pərəstiş edin, doğru yol budur.”
Ayə 62:
﴿وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّا كَثِيرًا أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ﴾
“Amma şeytan sizlərdən böyük bir dəstəni azdırdı. Nə üçün düşünmürsünüz?”
Nöqtələr
Günahkarlar ilahi ədalət qanunu əsasında xeyir əməl sahiblərindən ayrılır. Allah buyurur: “Mömin və kafir eyni deyil.1 Olsun ki, ayrılmaz dedikdə günahkarların bir-birindən ayrılıb, tənhalıq ağrısı çəkməsi də nəzərdə tutula bilər. Necə ki, dünya həyatında zindana düşmüş günahkarlar bir-birindən ayrılır.
“Cibillən kəsirən” dedikdə dağ kimi əzəmətli böyük toplum nəzərdə tutulur.2
Şeytana ibadət dedikdə ona itaət nəzərdə tutulur. Hədisdə oxuyuruq: “Bir şəxsin günah əmrinə itaət edən insan ona bəndəlik etmişdir.3
Dostları ilə paylaş: |