Nöqtələr
Ötən ayələrdə Allah-təala buyururdu ki, əgər istəsək, gözləri kor edər, qiyafələri dəyişərik. Hazırkı ayə yaşlıların simasında uyğun həqiqətlə bağlı nümunə göstərir.
“Nunəkkishu” dedikdə insanın uşaqlıqdakı halına qaytarılması nəzədə tutulur. Belə bir insan bildiklərini unudur, gücünü itirir, tez inciyir, onun həssaslığı və göz yaşları artır.
Bildirişlər
1. Ömür Allahın əlindədir.
2.Qocalıqda tənəzzül ilahi bir sünnədir.
3. Uzun ömür Allahın əlindədir. Allah istəsə, insanlar həzrət Nuh (ə), Həzrət Mehdi (ə) kimi uzun ömür sürər.
4. İnsan həm nemətlərin itirilməsi barədə, həm də zəifləməsi haqqında düşünməlidir.
Ayə 69:
﴿وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنبَغِي لَهُ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُّبِينٌ﴾
“Biz ona (peyğəmbərə) şer öyrətmədik və bu (şer) ona layiq də deyil. Ona öyrətdiyimiz yalnız zikr və aydın Qurandır.”
Dostları ilə paylaş: |