Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə569/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   564   565   566   567   568   569   570   571   572

Nöqtələr


İnsan heyvanların yunundan libas, döşənəcək hazırlayır. Ayaqqabı da heyvan dərisindəndir. Toxuculuq fabrikləri, süd məhsulları kanbinatı, dəri-gön emalı fabrikləri, ayaqqabı fabrikləri heyvandarlıq sahəsinin hesabına fəaliyyət göstərir. İnsan heyvanın yun və dərisindən istifadə etdiyi kimi, süd və ətindən də faydalanır.

Heyvanların əkinçilikdə də mühüm rolu var.


Bildirişlər


1. Şirk və bütpərəstlik nankorluqdur.

2. Bütpərəstlər yalnız təxəyyül və mövhumata əsaslanır.

3. Azğınlarla söhbətdə onların əqidə qaynağını hədəfə alın.

4. Allaha təşəkkür əvəzinə bütlərə üz tutan insanın cəzası cəhənnəmə giriş üçün saxlanılmadır.

5. Güclü ruhiyyəyə peyğəmbərlərin də ehtiyacı var. Allah peyğəmbərlərə təsəlli verir.

6. Uca məqsədləri olan insan hücumlara məruz qalır.

7. Allahın elm və agahlığına diqqət mömin üçün aramlıq, kafir üçün qorxu səbəbidir.

8. Düşmənlər aşkar və gizlində qurğu qurur.


Ayə 77:


﴿أَوَلَمْ يَرَ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ﴾

İnsan onu nütfədən yaratdığımızı görmədimi? İndi də aşkar düşmənçilik edir.”


Ayə 78:


﴿وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ﴾

Öz yaranışını unudub bizə məsəl də çəkdi. Dedi: “Bu sümüklər çürüdüyü halda onları kim dirildəcək?”


Ayə 79:


﴿قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ﴾

(Ona) de ki, onu ilk dəfə yaradan (yenidən) dirildəcək və o hər bir yaranmışdan agahdır.”


Ayə 80:


﴿الَّذِي جَعَلَ لَكُم مِّنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنتُم مِّنْهُ تُوقِدُونَ﴾

Odur yaşıl ağacdan sizin üçün od yaradan. İstədiyiniz vaxt ondan od qalayırsınız.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   564   565   566   567   568   569   570   571   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin