Nöqtələr
Müşriklərdən biri çürümüş sümük parçasını ovub yerə tökdü və peyğəmbərə dedi: “Bu çürümüş sümükləri kim dirildər?” Uyğun sualın cavabında hazırkı ayələr nazil oldu.1
Ayədə ağac dedikdə mərx və əfar çubuqları nəzərdə tutulmuşdur. Ərəblər onlardan birini o birinə sürtməklə od əldə edirdilər.2
Yaşıl ağacdan od əldə olunması avamların anlayacağı bir misaldır. Alimlər də öz növbəsində ağacdakı enerji ehtiyatına elmi izah verə bilir.
Bildirişlər
1. Öz zəifliyini və heçliyini anlayan insan heç vaxt asilik göstərmir.
2. İnsanın nütfədən yaranmasına diqqət məada imanı gücləndirir.
3. Düşmənçilik hissindən də pis bu düşmənçiliyi aşkarlamaqdır.
4. İnsanın Allahla düşmənçiliyi gözlənilməyən və dəhşətli bir haldır.
5. Cavab vermək məqsədi ilə batil düşüncəni təkrarlamağın eybi yoxdur.
6. Allahın qüdrətinə şübhəli münasibətin kökü yetərli nümunələrə diqqətsizlik və ilkin yaranışı unutmaqdır.
7. Məadı inkar edənlərin heç bir dəlili yoxdur, onların danışığı boş təxəyyüldür.
8. Allah və məadı inkar edənlərin rəhbər qarşısında öz fikrini ifadə edə bilməsi İslamdakı azadlığı göstərir.
9. Sual yox, qərəzli və inadkarlığa əsaslanan sual pisdir.
10. Əqidə ilə bağlı bəzi şübhələrin kökü insanla Allahın qüdrətinin yersiz müqayisəsidir.
11. Əqidə ilə bağlı şübhələrə cavab verilməlidir. Hətta bir nəfərin şübhəsinə biganə qalmaq olmaz.
12. Məad cismanidir.
13. Məadın gerçəkləşməsi üçün iki şeyə ehtiyac var: Allahın insanları yenidən dirildə bilməsi və Onun insanların əməllərindən xəbərdarlığı. Ayədə hər iki nöqtəyə toxunulur.
14. Allah iki ziddiyyətli şeyi bir araya gətirə bilir. Əslində su və od bir-birinə uyuşmur.
Ayə 81:
﴿أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَى أَنْ يَخْلُقَ مِثْلَهُم بَلَى وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ﴾
“Göyləri və yeri yaradan kəs onların mislini xəlq edə bilməzmi?! Bəli, O hər şeyi bilən xaliqdir.”
Dostları ilə paylaş: |