Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə58/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   54   55   56   57   58   59   60   61   ...   572

Bildirişlər


1. Vəhy aləmi ilə rabitədə olmayan peyğəmbər adi insanlar kimi qeybi biliklərdən xəbərsizdir.

2. (Cəhl və elm, acizlik və qüdrət, fəqirlik və sərvət, naqislik və kamal arasında) müqayisə insanın özünü və öz Allahını tanıması üçün açardır.

3. Quranın bütün xatırlatmaları vəhydən qaynaqlanır.

4. Quranın həqiqi və ibrətamiz əhvalatlarının bəyanı tərbiyə və agahlıq üçün vasitədir.

5. Xalqa xəbərdarlıq ilahi rəhmət cilvəsidir.

6. Qafil fərdlərin hidayətində qorxutma və xəbərdarlıq səmərəlidir. (Peyğəmbərlərin risalətində həm müjdə, həm də xəbərdarlıq nəzərdə tutulur. Amma qafillərə qorxutma daha çox təsir göstərdiyindən Quran bu məsələyə daha çox diqqət ayırır.)

7. İnsanlar yol və əqidə seçimində azad buraxılmışlar. Onlar peyğəmbərin dəvətini qəbul etməyə məcbur edilmir.

8. İnsanlar öz fitrətləri vasitəsi ilə bəzi məsələlərdən xəbərdardırlar. Amma unutqanlığın qarşısını almaq üçün xəbərdarlığa ehtiyac var.


Ayə 47:


﴿وَلَوْلَا أَن تُصِيبَهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ﴾

Onlara öz əməlləri ucbatından bir müsibət üz verdikdə “Pərvərdigara, nə üçün bizə peyğəmbər göndərmədin ki, ayələrinə itaət edib iman gətirənlərdən olaq” deməsəydilər (Biz heç vaxt peyğəmbər göndərməzdik.)”





Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin