Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə59/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   55   56   57   58   59   60   61   62   ...   572

Nöqtələr


Ötən ayədə peyğəmbərlərin xəbərdarlıq məqsədi ilə gəldikləri bildirildi. Bu ayədə isə höccətin tamamlanmasından, yetərli dəlillər gətirilməsindən, bəhanə və üzr yollarının bağlanmasından danışılır.

Ayənin məfhumu bundan ibarətdir: kafirlər deyirlər ki, peyğəmbərimiz olmadığından biz müsibətə düçar olduq, əgər peyğəmbərimiz olsaydı günaha yol verməzdik. Allah onların cavabında buyurur ki, Biz höccəti tamamlamaq, bəhanə yolunu bağlamaq üçün onlara peyğəmbərlər göndərdik.


Bildirişlər


1. Bir çox müsibətlərin və acı hadisələrin səbəbi öz əməllərimizdir. Şübhəsiz, yaxşı və pis əməllərin elə bu dünyada da öz təsiri var.

2. Allaha iman və peyğəmbərlərə itaət müsibətlərdən qurtuluş rəmzidir.

3. Ağıl, elm və fitrət bəs etmir, vəhyə də ehtiyac vardır.

4. Xəbərdarlıqsız cəza qəbahətdir. (Peyğəmbərlərin besəti son xəbərdarlıqdır. Bundan sonra kimsə deyə bilməz ki, xəbərimiz olmayıb, bilmədən günaha batmışıq.)

5. Ardıcıllıq və itaət gerçək iman nişanəsidir.

Ayə 48:


﴿فَلَمَّا جَاءهُمُ الْحَقُّ مِنْ عِندِنَا قَالُوا لَوْلَا أُوتِيَ مِثْلَ مَا أُوتِيَ مُوسَى أَوَلَمْ يَكْفُرُوا بِمَا أُوتِيَ مُوسَى مِن قَبْلُ قَالُوا سِحْرَانِ تَظَاهَرَا وَقَالُوا إِنَّا بِكُلٍّ كَافِرُونَ﴾

Nə vaxt Bizim tərəfimizdən haqq (ayələr) bəyan olundusa, dedilər: “Nə üçün (bu peyğəmbərə) verilənlər həzrət Musaya (ə) verilənlərə oxşamır?! (Nə üçün əsanın əjdahaya dönməsi kimi bir möcüzə və Tövrat kimi göz qabağında olan bir kitab yoxdur?) Yoxsa əvvəllər Musaya (ə) verilənləri inkar etmirdilər? Deyirdilər: “(Tövrat və Quran) bir-birinə arxa duran sehrlərdir.” Deyirdilər ki, həqiqətən, biz bütün bunları inkar edirik.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin