Nöqtələr
İnsanın üç mənəvi düşməni olduğu bildirilir: Dünya cilvələri, nəfs istəkləri və şeytan vəsvəsələri. Dünya və onun cilvələri bir tərəfə hərəkətlə qapını açan, digər tərəfə hərəkətlə onu bağlayan açara bənzəyir. Yəni ondan həm yaxşı, həm də pis yolda faydalanmaq olar. Şeytan vəsvəsələri təsirli olsa da kimsəni günaha məcbur etmir. bundan əlavə, şeytanın Allah övliyalarının qəlbinə nüfuz edib hakim olmaq imkanı yoxdur. Amma insanın ən qatı düşməni onun nəfs istəkləridir.1
Bildirişlər
1. Nəfs istəkləri bəzən (təbliğatlar, bağlılıqlar, qatqılar və əksəriyyətin tərəfdarlığı ilə) elə cilvələnir ki, onu tanımaq üçün bəsirət və diqqətə ehtiyac olur.
2. Hidayət, doğru yola meyl olmayan yerdə nəfs istəkləri hakimdir.
3. Haqqı inkar edənlər və nəfsə uyanlar xalqın ən azğın zümrəsidir.
4. Həqiqi hidayət sonsuz elm və hikmətdən qaynaqlanan hidayətdir.
5. Nəfs istəklərinə uymaq zülmdür və nəfsə uyanlar ilahi hidayətdən uzaqdır.
Ayə 51:
﴿وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ﴾
“Biz ardıcıl şəkildə onlara danışdıq (Quran ayələri nazil etdik). Ola bilsin ki, öyüd götürüb anlayalar.”
Ayə 52:
﴿الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ مِن قَبْلِهِ هُم بِهِ يُؤْمِنُونَ﴾
“Bundan (Qurandan) öncə kitab verdiyimiz (bəzi) şəxslər ona iman gətirərlər.”
Dostları ilə paylaş: |