Bildirişlər
1. Haqtələblər həqiqət sorağındadırlar. Onlar üçün haqqı deyənin kimliyi, irqi, milləti, dili fərq etməz.
2. Ruh pak olsa, insan haqqı eşitməklə iman gətirər. (Əksinə, qəbul üçün zəmin yoxsa, ardıcıl tilavət də imana ümid vermir.)
3. İlahi mərifət və biliyə əsaslanan iman dəyərlidir.
4. İnsanların ilahi lütflərdən faydalanmasında şərtlər və zəminlər fərqlidir.
5. Haqqın qəbulu üçün çeşidli tənqidlər və problemlər qarşısında səbir etmək lazım gəlir.
6. İnsanda xarakterə çevrilmiş əfv və infaq dəyərlidir. (Bəli, ardıcıl şəkildə ətrafdakıları bağışlayıb əta edən möminlər tərifə layiqdirlər.)
7. Ruzinin Allah tərəfindən olduğunu bilsək infaq etmək asanlaşar.
8. İnsan təkcə malından yox, həm də elmindən, gücündən, hörmətindən infaq edə bilər.
Ayə 55:
﴿وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ وَقَالُوا لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ سَلَامٌ عَلَيْكُمْ لَا نَبْتَغِي الْجَاهِلِينَ﴾
“Cəfəngiyyat eşitdikləri vaxt ondan üz çevirib deyərlər: “Bizim əməllərimiz bizim, sizin əməlləriniz sizin olsun. Salam olsun sizə, biz cahillərə doğru getmirik.”
Dostları ilə paylaş: |