Bildirişlər
1. Din təkcə əqidə deyil, onun əməli proqramları da var.
2. Düşmənləri narahat edən təkcə doğru yol yox, həm də həqiqi rəhbərlikdir.
3. İman gətirmək üçün agahlıqla yanaşı cürətə də ehtiyac var. (Bəli, bəziləri İslamın haqq olmasını bilsələr də, şəxsi mənafelərini qorumaq üçün boyun qaçırırlar.)
4. İnsanda vətən sevgisi var.
5. Allahın lütflərini xatırlamaqla nemətləri əldən vermək qorxusunu uzaqlaşdıraq. (Bəli, nemətləri xatırlamaq təvəkkül və nigarançılıqların aradan qalxma amilidir.)
6. Sağlamlıq, rövnəq, iqtisadi inkişaf cəmiyyətdəki əmin-amanlıqdan asılıdır.
7. Allah evində (Məkkədə) əmin-amanlıq və ruzi kimi iki nemətə zəmanət verilmişdir.
8. Çoxları imanın rifah və asayişdən üstün olduğunu anlamır.
Ayə 58:
﴿وَكَمْ أَهْلَكْنَا مِن قَرْيَةٍ بَطِرَتْ مَعِيشَتَهَا فَتِلْكَ مَسَاكِنُهُمْ لَمْ تُسْكَن مِّن بَعْدِهِمْ إِلَّا قَلِيلًا وَكُنَّا نَحْنُ الْوَارِثِينَ﴾
“Həyatda tüğyan qopardıqları üçün məhv etdiyimiz məntəqələr nə çox! Sonralar kiçik bir hissəsi məskunlaşan onların evləridir, Biz onların varisləriyik.”
Dostları ilə paylaş: |