Nöqtələr
“Bətir” dedikdə tüğyan, sərvət və rifah çoxluğundan doğan məstlik nəzərdə tutulur.
Ötən ayədə oxuduq ki, bir qrup əziz İslam Peyğəmbərindən (s) soruşdu: “Əgər biz sənə iman gətirsək Məkkə kafirləri bizi avara qoyar.” Allah-təala buyurdu: “Məkkəni əmin-aman və bol ruzili edən güc, iman gətirdikdən sonra da sizə olan nemətlərini hifz edə bilər.” Bu ayədə isə Allah-təala buyurur ki, Biz bir çox şəhərləri nemət və rifahdan doğan məstliyə görə məhv etdik, bunu unutmayın. Əgər rifah və var-dövlətinizə görə iman gətirmirsinizsə, Allahın qəhr-qəzəbi qarşısında nə edəcəksiniz?!
“Fətilkə məsakinuhum” dedikdə ya Ad qövmünün Əhqafdakı, ya da Səmud qövmünün Sədumdakı xaraba qalmış məskənləri nəzərdə tutulur. Hicaz tacirləri bu xarabalıqların yanından ötüb-keçər, uyğun səhnələri öz gözləri ilə görərdilər.
Dostları ilə paylaş: |