Bildirişlər
1. Qiyamət səhnələrini unutmayaq.
2. Qiyamət mühakiməsi göz qabağında, aşkardır.
3. Elə iş görməyək ki, Qiyamətdə onun cavabını verməkdə aciz qalaq.
4. Şirk, Allahdan qeyri istənilən bir şeyə güvənmək xülya və ilğımdır.
5. Dünyada əziz sayılan məbudlar axirətin zəlilləri, məhkum olunmuşlarıdır.
6. İnsanları Allahdan yayındırıb özünə doğru çağıran istənilən bir kəs hökmən əzaba düçar olar.
7. Allahdan qeyrisinə pərəstiş batildir.
8. Aldanmışlar başqalarını da aldatmağa çalışarlar.
9. İnsanlar yol seçimində azad buraxılmışlar. Onların azğın yol seçmələri də mümkündür.
10. Qeyri-ilahi məbudlar bir gün öz pərəstişkarlarına lənət yağdırarlar.
11. Şirkin mahiyyəti azğın nəfs istəklərinə pərəstişdən ibarətdir.
12. Yalançı məbudlar ehtiyaclı olduğunuz gün nalələrinizə cavab verməyəcəklər. (Dünyada Allahdan qeyrisinə bağlanmaq Qiyamətdə ehtiyac duyulan yardımdan məhrum qalmaqdır.)
13. Qiyamət peşmançılıq, həsrət günüdür.
Ayə 65:
﴿وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا أَجَبْتُمُ الْمُرْسَلِينَ﴾
“(Yada salın) o gün ki, (Allah) onlara nida edər, deyər: “Peyğəmbərə (və Mənim mələklərimə) nə cavab verdiniz?”
Ayə 66:
﴿فَعَمِيَتْ عَلَيْهِمُ الْأَنبَاء يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَاءلُونَ﴾
“Həmin gün bütün xəbərlər (və başqalarından alına biləcək cavablar) onlara gizli qalar. Onlar bir-birlərindən heç bir sual soruşmazlar.”
Ayə 67:
﴿فَأَمَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَعَسَى أَن يَكُونَ مِنَ الْمُفْلِحِينَ﴾
“Amma tövbə edib iman gətirən və saleh işlər görən kəs ümid var ki, nicat tapanlardan olsun.”
Dostları ilə paylaş: |